NEWS.ru: “Paşinyan niyə Bakı ilə müharibə anonsunu verib?”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftəsonu Tavuş vilayətinin dörd mübahisəli kəndinin qaytarılmayacağı təqdirdə Azərbaycanla müharibə təhlükəsi elan edib.

Onun fikrincə, bu, Ermənistanın öz dinc gələcəyini təmin etməsi üçün yeganə yoldur.

Mübahisəli kəndlərin narazı sakinləri etiraz əlaməti olaraq yaşayış məntəqələrinə gedən yolları bağlayıblar.

NEWS.ru Cənubi Qafqazdakı mümkün müharibə təhlükəsilə bağlı material hazırlayıb.

Məqalədə bildirilir ki, Azərbaycan anklavlarının qaytarılması məsələsi martın 9-da Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin işçi qrupunun görüşündən sonra aktuallaşıb.

“Azərbaycan hökumət başçısının müavini Şahin Mustafayeva bildirib ki, Ermənistanla sərhədin delimitasiyası və demarkasiyası prosesi çərçivəsində “4 qeyri-eksklav kəndinin azad edilməsi məsələləri” həll olunmalıdır. Söhbət Baqanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərindən gedir. Bunlar anklav deyil, Ermənistanın 90-cı illərdə hərbi əməliyyatlar nəticəsində işğal etdiyi sərhəd kəndləridir. Azərbaycan hakimiyyəti onların qaytarılmasını tələb edir.

Ş.Mustafayev qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində Yuxarı-Əskipara, Sofulu, Bərxudarlı və Kərki kimi eksklav kəndlərin məsələsi də öz həllini tapmalıdır”.

Materialda azərbaycanlı, erməni və rusiyalı politoloqların məsələyə münasibəti də əks olunur.

0.094218969345093