Prezident: “Bizim enerji layihələrimiz bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz dünya enerji bazarlarının xüsusiyyətlərini yaxşı bilirik. Yaxşı bilirik ki, Azərbaycan qazına tələbat Avropa qitəsində ildən-ilə artacaq”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında söyləyib.

Bizim həm resurslarımızın, sərmayə qoymaq üçün maliyyəmizin, Gürcüstan kimi etibarlı dostlarımızın, geniş tranzit imkanlarımızın olduğunu söyləyən dövlətimizin başçısı qeyd edib:

“Belə olan halda, bizim enerji layihələrimiz bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək. Gürcüstan və Azərbaycan burada iki etibarlı tərəfdaş kimi çıxış edirlər”.

0.1062331199646