Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev Pekində Çinin xarici işlər nazirinin köməkçisi Miao Deyu ilə COP29-dan gözləntiləri müzakirə edib.
Xeber-ps.com xəbər verir ki, bu barədə COP29-un rəsmi “X” səhifəsində paylaşım edilib.
“Pekinə səfərini başa vuran COP29-un prezidenti Muxtar Babayev və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev konfransdan gözləntiləri və orada fəal iştirakı müzakirə etmək üçün Çin xarici işlər nazirinin köməkçisi Miao Deyu ilə görüşüblər”, - deyə məlumatda qeyd olunub.
Finishing their trip to Beijing, #COP29 President-Designate Mukhtar Babayev and Lead Negotiator @YalchinRafiyev met with Miao Deyu, Assistant Foreign Secretary of the People’s Republic of China, to discuss expectations and active participation at #COP29 pic.twitter.com/LVnw0246Zm
— COP29 AZ (@COP29_AZ) March 15, 2024