Doğma yurduna qayıdan sakin: “Hisslərimizi sözlə ifadə etmək qeyri-mümkündür”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Çox sevindirici gündür ki, artıq 30 il aradan sonra doğma yurduma qayıdıram”.

“Report” xəbər verir ki, bu barədə Füzuli rayon sakini Tofiq Məhərrəmov deyib.

“Azərbaycan Ordusunun sayəsində biz bu gün məmləkətimizə qayıda bilirik. Həm qayıtdığımıza görə sevinir, həm də şəhidlərə görə kədərlənirik. Hisslərimizi sözlə ifadə etmək qeyri-mümkündür”, - o qeyd edib.

Hazırda dörd nəfər olaraq Füzuliyə qayıtdığını söyləyən T.Məhərrəmov bir müddət sonra nəvələrinin də onlara qoşulacağını vurğulayıb.

0.12823390960693