Atasını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Atasını öldürməkdə təqsirləndirilən Pərvin Yusiflinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.

Hökmə əsasən, təqsirləndirilən Pərvin Yusifli 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, keçən il iyulun 9-da paytaxtın Nizami rayonunda yerləşən evlərin birində 1968-ci il təvəllüdlü Rəsul Xanmirzə oğlu Yusiflinin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1993-cü il təvəllüdlü Pərvin Yusifli aralarında yaranmış mübahisə zamanı atası Rəsul Yusiflini bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

0.22270107269287