Tanışını qız söhbətinə görə öldürən şəxsə AĞIR CƏZA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qətl təqsirləndirilən Fərid Mirzəyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, 2023-cü il iyulun 22-də saat 17 radələrində Abşeron rayonu Mexkalon yaşayış massivi ərazisində 2005-ci il təvəllüdlü Sərdar Sərxan oğlu Abbasovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2005-ci il təvəllüdlü Fərid Nafiz oğlu Mirzəyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla tanışı Sərdar Abbasova xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Fərid Mirzəyev iş üzrə şübhəli şəxs qismində saxlanılıb. İttihama görə, hadisə qız söhbətinə görə baş verib.

0.10760593414307