Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən G.A.-nın barəsindəki hökmdən verilən zərərçəkmiş şəxs tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Bildirilib ki, zərərçəkmiş A.Ə. məhkəmə kollegiyasına ərizə təqdim edərək verdiyi apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya şikayətinə xitam verilməsini xahiş edib. Məhkəmənin qərarına əsasən, apellyasiya şikayətinin baxılmasına xitam verilib.
Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş G.A. ilə 1988-ci il təvəllüdlü A.Ə. arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Bu zaman qadın bıçaqla kişinin bədəninə xəsarət yetirib.
Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi üzrə ittiham irəli sürülüb.