ALDP sədri: Ermənilərin işğal etdiyi torpaqları narkotik və silah tranziti kimi istifadə edirdilər

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev SƏS TV-nin "Gündəm" verlişinin qonağı olub.

ALDP sədri vetilişin "Ermənistan təslimçilik aktını imzalamağa hazırdımı?" mövzusu ətrafında olan sualları cavablandırıb.

Paşinyanın sosial şəbəkələrdə güzəştə getməyə hazır olduğunu deyir, amma təslimçilik etməyəcəyini fikirlərini şərh edən ALDP sədri Fuad Əliyev bunu dedi:

Hesab edirəm ki, bu bəyanatlar vaxt udmaq üçün hesablanıb. Oktyabrın 10-u humanitar atəşkəs razılaşmasından sonra, heç bir saat keçmədən ermənilər bu razılaşmanı pozdular. Sonra Vaşıngtonda razılaşdılar və yenə də ermənilər növbəti razılaşmanı pozdular.  İndi də oktyabrın 29-u Cenevrədə görüşəcəklər. Ermənilərin bu görüşləri istəməsi ona hesablanıb ki, onlar yeni silah-sürsat əldə etsinlər. Paşinyanın hakimiyyəti hərbi xuntadır. Onlar üçün heç nə müqəddəs yoxdur və bunlara inanmaq olmaz. Bizim ordumuz işğalda olan torpaqlarımızı azad etməlidir."

Daha sonra Sovet dövründə Azərbaycanda yaşayan ermənilərin bizə qarşı məkrli hərəkətlərini qeyd edərək, bildirdi ki,

"Hesab edirəm ki, torpaqlarımız tam azad olunandan sonra, ora qayıdan Azəbaycan vətəndaşları onlara dəyən mənəvi və maddi zərər iddialarlyla beynəlxalq məhkəməyə müraciət etməlidirlər. Hərbi xuntanın başçısı Paşinyan və ümumiyyətlə, Ermənistan bir dövlət kimi məhkəmə qarşısında cavab verməlidir."

Partiya sədri Türkiyəyı Azərbaycanı dəstək verdiyinə görə təhdid və təzyiqlərin olduğunu şərh etdi.

Fuad Əliyev "Hesab edirəm ki bu gün Tayyib Ərdoğan Türkiyə üçün çox uğurlu, cəsarətli dövlət başçısıdır. Əqər 93-94-cı illərdə Ərdoğan Türkiyənin dövlət başçısı olsaydi, Türkiyə Minsk qrupun həmsədri olacaq idi. Artıq Türkiyə təkcə regionun yox, o, həm də dünyada söz sahibidir."

"Ermənilər öz meyidləri aparmaq istəmirlər. Rəsmi olaraq 970 yaxın əsgərlərin məhv olunduğunu elan etdilər. Aparmaq istəmədikləri meyidlər xaricdən gələn müzdlulardı. Ona görə aparmırlar. Ermənilər başa düşürlər ki, Azərbaycan ordusunun qabağını ala bilmirlər, cəbhə bölgəsindən gaçırlar. Hətta pul verdiyi muzdlular da qaçır."- Fuad Əliyev qeyd edib.

ALDP sədri: "Ermənilərin işğal etdiyi torpaqları narkotik və silah tranziti kimi istifadə edirdilər. Yeraltı və yerüstü sərvətləri talan ediblər və dünyada qadağa olan terrorist təşkilatları işğal olan Qarabağda yerləşdiriblər."

0.11268615722656