Azərbaycan atleti Lamiyə Vəliyeva Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində olimpiya çempionu Olqa Rıpakova mükafatı uğrunda lisenziya xarakterli beynəlxalq turnirdə bürünc medal qazanıb.
Xeber-ps.com xəbər verir ki, milli komandanın üzvü 60 metr məsafəyə qaçışda fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
L.Vəliyeva məsafəni 7.67 saniyəyə başa vurub.