“Qarabağ” postsovet məkanı klublarının reytinq cədvəlində birinci pilləyə yüksəlib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı dünya reytinqində postsovet məkanı klublarının siyahısında yenidən birinci pilləyə yüksəlib.

“Report” xəbər verir ki, dünyada 73-cü, Avropada isə 48-ci pillədə qərarlaşan Azərbaycan çempionu keçmiş SSRİ klubları arasında ən yaxşı göstəriciyə malik komandadır.

Bir ay əvvəlki reytinqlə müqayisədə 11 pillə geriləyən Ağdam təmsilçisini 4 addım geriləyən Ukrayna “Şaxtyor”u izləyir.

Azərbaycanın reytinqdəki digər komandalarından “Sabah” 23-cü, “Neftçi” isə 26-cıdır.

Postsovet məkanı klublarının ilk “10-luğ”u:

1 (dünyada 73-cü). “Qarabağ” (Azərbaycan) – 145,5 xal

2 (74). “Şaxtyor” (Donetsk, Ukrayna) – 144,5

3 (158). “Şerif” (Moldova) - 99,5

4 (209). “Pünik” (Ermənistan) – 85,5

5 (215). “Dnepr-1” (Ukrayna) - 84,25

6 (218). RFŞ (Latviya) – 83,5

7-8 (221). “Riqa” (Latviya) – 82,5

7-8 (221). “Zarya” (Ukrayna) – 82,5

9 (275). “Panevejis” (Litva) – 70

10 (306). “Vorskla” (Ukrayna) – 66,5

23 (436). “Sabah” (Azərbaycan) – 55,5

26 (469). “Neftçi” (Azərbaycan) – 53,75

Türkiyə klublarından yalnız “Fənərbağça” və “Qalatasaray” “Qarabağ”dan öndədirlər. Hesabında 189 xal olan birincilər 26-cı pilləyə yüksəliblər. “Qalatasaray” isə 167 əmsalla dünyanın 52-ci komandasıdır.

0.088436841964722