“Neftçi”dən 2024-cü ilin ilk transferi - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi” qış fasiləsi dönəmində ilk transferini həyata keçirib.

Xeber-ps.com xəbər verir ki, Syerra-Leone milli komandasının futbolçusu Alfa Konte ilə 2.5 +1 illlik müqavilə bağlanıb. 23 yaşlı vinger komandamızın heyətində 20 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Alfa Konte Syerra-Leonenin “Sentral Parade” (2019-2021), İsrailin “Hapoel Umm Əl-Fəhm” (2021-2022), “Hapoel Rişon Lezion” (2022-2023) və Bolqarıstanın “Lokomotiv” (Plovdiv, 2023) klublarında çıxış edib. Gənc futbolçu Syerra-Leone milli komandasının heyətində iki oyun keçirib.

0.065938949584961