Bu gün 20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti matçına çıxacaq.
Xeber-ps.com-ın məlumatına görə, Səbuhi Əliyevin baş məşqçi olduğu yığma Ukrayna ilə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Komandamız ötən gün Estoniyaya uduzub - 0:3.
U-20 turnirdə Latviya və Polşa kollektivləri ilə də qarşılaşacaq.
Qeyd edək ki, yanvarın 14-də başa çatacaq yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.