Milanın San Siro (Cüzeppe Meatsa) stadionunda İtaliya kubokunun 1/4 final oyunu keçirilib.
Yerli “Milan” və Berqamodan olan “Atalanta” qarşılaşıb. Qarşılaşma 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
38 və 39-cu dəqiqələrdə “Atalanta”nın futbolçusu Qasperini iki sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
45-ci dəqiqədə “Milan”lı Rafael Leau matçda hesabı açıb.
Lakin azlıqda qalan “Atalanta” təslim olmayıb.
45+2-ci dəqiqədə Kompmeyners hesabı bərabərləşdirib. 59-cu dəqiqədə isə o, penaltini dəqiq yerinə yetirməklə komandasının qələbəsini təmin edib.
Beləliklə də, “Atalanta” azlıqda qalsa da, “Milan”ı keçərək İtaliya kubokunun yarımfinalına çıxmağı bacarıb.