Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Turan Tovuz” ilk yoxlama görüşünü keçirib.
Xeber-ps.com-ın məlumatına görə, baş məşqçi Ayxan Abbasov komandasını Rumıniya klubu “Voluntari” ilə matçda sınayıb.
Əlverişsiz hava şəraiti ilə əlaqədar dünən keçirilməyən və bu günə təxirə salınan qarşılaşma Rumıniya təmsilçisinin 2:0 hesablı qələbəsiylə yekunlaşıb.
Qeyd edək ki, “Turan Tovuz” yanvarın 15-də daha iki yoxlama oyunu keçirəcək. Komanda Macarıstanın “Şiofok” və Özbəkistanın “Nasaf” kollektivləri ilə üz-üzə gələcək.