Naxçıvanda ilk dəfə olaraq direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul müsabiqəsi keçiriləcək.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 27-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üçün işə qəbul müsabiqəsinin test mərhələsi təşkil olunacaq.
Müsabiqə saat 11:00-da Naxçıvan Şahmat Mərkəzində keçiriləcək.
Namizədlər imtahana gələrkən özləri ilə birlikdə gətirməlidirlər:
- şəxsiyyət vəsiqəsi;
- göy rəngli diyircəkli qələm.
Müsabiqə zalına gətirmək qadağandır:
- mobil telefon və digər rabitə vasitələri;
- ağıllı saat;
- kağız, yazılı qeyd kimi köməkçi vasitələr və s.