“Biz Aygün Bəylərlə çox da yaxın olmasaq da, əminəm ki, bir-birimizin uzaqdan da olsa, sənətini bəyənirdik. Könüldən-könülə həmişə yol olur. Aygün xanımı çox sevirdim. Tələbələrimlə onu mərkəzimizdə qonaq etmişdik. Yeni layihələr etmək istəyirdik, əcəl imkan vermədi”.
Xeber-ps.com xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova Əməkdar artist Aygün Hümmətova ilə (Bəylər) Səttar Bəhlulzadə adına Mədəniyyət evində baş tutan vida mərasimində deyib.
“Aygünün dekabrın 26-da Heydər Əliyev Sarayında baş tutan konsertinə gədə bilmədim. Onu o vəziyyətdə görmək istəmədim. Tələbələrim konsertə getmişdilər, video çəkmişdilər. Onu o vəziyyətdə görmək çox çətin idi”.
Nəzrin Vahid