Pakistanda torpaq sürüşməsi nəticəsində sərnişin avtobusu torpağın altında qalıb.
Bu barədə yerli “Dawn” nəşri hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Nəticədə, nəqliyyat vasitəsinin içində olan 16 sərnişin torpağın altında qalaraq, faciəvi şəkildə vəfat edib.
Hadisə yerində xilasetmə işləri sona çatıb.