“Twitter” Trampın müşavirinin koronavirus barədə yazdığı postu sildi

“Twitter” Donald Trampın Koronavirus İşi üzrə Qrup müşaviri Skott Atlasın yazısını silib.

Bu barəda “RİA Novosti” agentliyi xəbər yayıb.

S.Atlas öz “Twitter” hesabında tibbi maskanın COVID-19 virusu ilə mübarizədə heç bir əhəmiyyətinin olmadığını yazmışdı.

Qeyd edək ki, S.Atlas sanitar məhdudiyyətlərin ləğv edilməsi və məktəblərin tam açılması təklifi ilə tanınır.

0.30502700805664