“Şəhid Ceyhun Mustafazadə” adına Hərbi VƏtənpərvərlər İctimai birliyinin və Bakmiltv.info nun Şəhid Osman Manafova həsr olunmuş sənədli filimin təqdimatı kecirlib

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inzibati binasında “Şəhid Ceyhun Mustafazadə” adına Hərbi Vətənpərvərlər ictimai birliyi və Bakı Milli Televiziyasının çəkdiyi Şəhid Osman Manafova həsr olunmuş “Unudulmayan Qəhramanlar” adlı sənədli filmin təqdimat mərasimi keçirilmişdir. Mərasimdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, “Şəhid Ceyhun Mustafazadə” adına Hərbi Vətənpərvərlər İctimai Birliyinin sədri Şükür Adilov, sədr müavini Məhəbbət Murtuzova, icraçı direktor İlham Rəsulzadə, Azərbayca Vətən Müharibəsi Veteranları İctimai Birliyin (AVMVİB sədri ) Eldar Rüstəmov və digər rəsmi şəxslər, Şəhidin döyüş yoldaşları, ailə üzvləri, Şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

 

Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğurunda canını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

“Unudulmayan Qəhramanlar” sənədli filmi nümayiş olunub. Ekran işində şəhid Osman Manafovun təkcə döyüş yolu deyil, bütün ömür səhifələri vərəqlənib, onun uşaqlıq dövrü, məktəb illəri, əldə etdiyi uğurlar və iş həyatı filmin əsas süjet xəttini təşkil etmişdir.

 

Filmin təqdimatından sonra çıxış edən Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov dövlətimizin şəhidlərin xatirəsinə bəslədiyi ehtiram və onların ailələrinə olan qayğısından bəhs etmişdir. RİH-nin başçısı Osman Manafovun valideynlərinə təsəlli verib, Vətən üçün belə gərəkli övlad böyütdüklərinə görə bir daha onlara təşəkkür edib. Əziz Əzizov Vətən müharibəsi şəhidi Osman Manafovun təkcə Suraxanı deyil, bütün Azərbaycan gəncliyinə nümunə olduğunu vurğulamışdır.

 

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri cənab Vüqar Seyidov da Osman Manafovun əziz ruhunun daima qəlblərdə yaşayacağını bildirmişdir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşən Vətən oğullarının torpaqlarımızı azad etdiyini bildirən yerli təşkilatın sədri qeyd etmişdir ki, Osman Manafov və digər şəhidlərimizin xatirələri, əmanətləri heç vaxt diqqətdən kənar qalmayacaq, unudulmayacaqdır. Onlar haqqında filmlərin çəkilməsi, kitabların yazılması, tədbirlərin keçirilməsi şəhidlərin qısa lakin mənalı ömürlərinin gənclər üçün nümunə təşkil etməsinə də xidmət edəcəkdir.

 

“Şəhid Ceyhun Mustafazadə” adına Hərbi Vətənpərvərlər İctimai Birliyinin sədri Şükür Adilov çıxış edərək özünün də şəhid atası olduğunu və şəhidlərin təbliği üçün ictimai birlik yaratdığını bildirmişdir. Şükür Adilov 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən, Azərbaycan hərbçilərinin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan bəhs edib.Tədbirin sonunda AVMVİB sədri Füzuli Rzaquluyevin adından şəhid Osman Manafovun atası Natiq və

 

“Şəhid Ceyhun Mustafazadə” adına Hərbi Vətənpərvərlər İctimai Birliyinin sədr müavini Məhəbbət Murtuzova Milli Ordunun 100 illiyi (1918-2018) medal təqdim olub.

 

Sonda çıxış edən Şəhid Osman Manafovun atası Natiq Osmanov göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya, Yeni Azərbaycan Partiyasına və “Şəhid Ceyhun Mustafazadə” adına Hərbi Vətənpərvərlər İctimai Birliyininə öz dərin minnətdarlıqlarını bildirmişdir.

 

0.25827288627625