40 dərəcə istidə batutda tullanmağa məcbur edilən səkkiz yaşlı qız öldü - FOTO

Qəyyumları səkkiz yaşlı qızı cəzalandırmaq üçün 40 dərəcə istidə batutda tullanmağa məcbur ediblər. Uşaq dehidratasiyadan (bədənin susuzlaşması) ölüb.

“Fox News”un məlumatına görə, dəhşətli hadisə ABŞ-ın Texas ştatında baş verib.

Məlumata görə, balacanın qəyyumları 44 yaşlı Deniel Şvarts və 34 yaşlı Eşli Şvarts artıq həbs olunub.

“İstintaq səkkiz yaşlı uşağın cəzalandırıldığını, səhər yeməyinə icazə verilmədiyini və uzun müddət dayanmadan batut üzərindən tullanmağa məcbur edildiyini göstərdi”, - deyə yerli polis idarəsindən bildirilib.

Cütlüyün təqsiri sübut olunarsa, onları ölüm hökmü gözləyir.

 

0.32739186286926