Avropa Komissiyasının prezidenti iclası COVID-19 şübhəsinə görə tərk etdi

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Avropa İttifaqına üzv 27 ölkə liderinin toplandığı binanı koronavirus şübhəsi səbəbilə tərk edib.

Bu barədə Avropa Komissiyasının lideri “Twitter” hesabında yazıb.

“Mənə indicə dedilər ki, bu gün səhər mənim ofisimin əməkdaşlarından birinin COVID-19 testinin nəticəsi müsbət çıxıb. Mənim testimin nəticəsi mənfi olub. Ancaq ehtiyat tədbiri olaraq mən özünütəcridə yollanmaq üçün dərhal şuranı tərk edirəm”, - deyə o bildirib.

0.29762506484985