“Müstəqil Həmkarlar” İctimai Birliyinin həmtəsisçisi Fuad Əliyev qadınların həftəsonu işləməməsi təklifinə münasibət bildirib.
QHT rəhbəri Tribunainfo.az-a danışarkən qeyd edib ki, nəyinki qadınların, ümumiyyətlə, kişilərin də həftəsonu işləməməsi lazımdır. O bildirib ki, Avropada da bu müzakirələr gedir və 4 günlük iş rejiminə keçilməsi təklifləri səslənir, çağırışlar olunur:
“Azərbaycanda da 4 günlük iş rejiminə keçilməsinə ehtiyac var. Eyni zamanda, ölkədə yeni iş yerlərinin açılması, istehsalat müəssisələrinin fəaliyyətə başlaması çox vacibdir”.
F.Əliyevin sözlərinə görə, həftəsonu Bakıda əvvəllər müşahidə edilməyən tıxaclar olur ki, bu da insanların həftə sonları da işlədiyini göstərir:
“Nazirlər Kabinetinin bununla bağlı müəyyən qərar verməsi lazımdır”.