Müstəqil Həmkarlar Birliyi Azərbaycan xalqını təbrik etdi

Müstəqil Həmkarlar Birliyi Müstəqilliyin Bərpası günü münasibətilə Azərbaycan xalqını təbrik etdi. Təbrikdə deyilir:

Əziz Həmvətənlər!

18 Oktyabr Azərbaycanda Müstəqilliyin Bərpa olunmasının 32-ci ili kimi qeyd olunur.

Müstəqilliyin Bərpası günü Azərbaycan tarixinin ən mühüm  günlərindən biridir.

Müstəqil Həmkarlar Birliyi olaraq xalqımızı bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, ölkəmizə rifah, əmin-amanlıq, müvəffəqiyyətlər dövlət müstəqilliyimizin əbədi olmasını arzu edirik!

Tanrı Azərbaycan xalqına firavanlıq, tərəqqi bəxş etsin!

YAŞASIN MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASI!

0.12936997413635