İclasda MHB sədri Fuad Əliyevin sentyabr ayında təşkilatın fəaliyyətilə bağlı hesabatı dinlənilib.
İclasda vətəndaşlardan birliyə daxil olan şikayətlərin həlli, yeni üzvlərin Birliyə daxil olunması və digər təşkilatı məsələlər müzakirə olundu.
MHB İdarə Heyətinin üzvləri Xəzər Teyyublu və Əhməd Rəhmanov regionlarda təşkilatın yeni rayon şöbələrin yaranması ilə bağlı və yaxın aylarda fəaliyyətlə bağlı təkliflər veriblər.
İclasda MHB İdarə Heyətinin üzvü Əhməd Rəhmanovun “Azəriqaz” İB qeyri-qanuni işdən azad olunması məsələsi müzakirə olunub. Qeyd olunub ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) qanunsuzluğa göz yumaraq, “Azəriqaz” bir neçə işçi, o, cümlədə Əhməd Rəhmanovu işdən çıxarılıb.
Müstəqil Həmkaralar Birliyi olaraq qeyri-qanuni işdən azad olunan Əhməd Rəhmanovun və digərlərin sosial hüquqların müdafiəsini və işlədiyi yerə bərpa olunmasını çalışacaq.