Müstəqil Həmkarlar Birliyi 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə bağlı müəllimləri təbrik etdilər.
Təbrikdə deyilir:
Əziz müəllimlər!
Hər il 5 Oktyabrda Azərbaycanda müəllimlər günü kimi qeyd olunur.
Müəllimlik olduqca şərəfli, çətin, ciddi məsuliyyət tələb edən peşələrdən biri,bəlkə də birincisidir.
Müstəqil Həmkarlar Birliyi olaraq peşəsini sevərək və layiqincə yerinə yetirən bütün müəllimlərimizi səmimi qəlbdən təbrik edir,onlara işlərində müfəvvəqiyyətlər arzu edirik.
Elmin,təhsilin inkişfında,savadlı kadrların yetişdirilməsində Azərbaycan müəlliminin rolu əvəzsizdir.
Biz hər birimiz “torpaq”, “Ana vətən”,”Azərbaycan” sözlərinin önəmini ilk dəfə olaraq müəlimlərimizdən öyrənmişik.
Müstəqil Həmkarlar Birliyi hər zaman gələcəyimizin memarı olan müəllimlərimizin yanındadır, onlara möhkəm can sağlığı və bütün işlərində uğurlar diləyirik!
Hər kəsi 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edirik!