Bakı Regional Miqrasiya Baş İdarəsində Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclası keçirildi.
İclasda gündəlikdə duran bütün məsələlər üzrə produktiv müzakirələr aparıldı və növbəti 2 il ərzində fəaliyyət göstərəcək İctimai Şuranın Reqlamenti, Şuranın üzvləri tərəfindən fərdi müraciətlərə baxılması üzrə Qeydiyyat Forması, Etik Davranış Qaydaları müəyyənləşdirildi və qəbul edildi.
İctimai Şuranın Katibliyindən verilən məlumatına görə, çox pozitiv, səmimi, eyni zamanda işgüzar şəraitdə keçirilən görüşdə miqrasiya üzrə beynəlxalq qurum və təşkilatlara iş üzrə konkret addımlar, Miqrasiya üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində konkret bəzi təşəbbüslər, İctimai Şuranın Fəaliyyət planının layihə versiyasının hazırlanması, İctimai Şura üzvlərinə indiyədək edilən müraciətlər barədə məlumat verildi və konkret fərdi müraciətlərə baxılması qaydası üzrə hazırlanmış qeydiyyat forması qəbul edildi.
Regional Miqrasiya İdarələrinə səfərlər və s. konkret təkliflər, eləcə də fəaliyyət sahələri üzrə İşçi qrupların yaradılması məsələləri, İctimai Şuranın loqosu və digər məsələlər üzrə müzakirələr aparıldı və qərarlar qəbul edildi. İcitmai Şura üzvlərinın məsələlərə rasional və nəticə yönümlü prizmadan baxışları üst-üstə düşməyi, gələcək birgə fəaliyyətə əminlik yaradır.
İclasda İctimai Şuranın sədri Ramil İskəndərli, müavinlər Fuad Əliyev, Rahilə Mehdiyeva,katib Məhsəti Hüseynova, üzvlər Günel Gözəlova, Asim Vəliyev, Əli Fərzəliyev, Adil Şükürov iştirak etdilər.