Müstəqil Həmkarlar Birliyi Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində antiterror əməliyyatı başlaması ilə bağlı Beynəlxalq Həmkarlar Konfederasiyasına, Beynəlxalq Azad Həmkarlar Konfederasiyasına, Rusiya Həmkarlar Konfederasiyasına, Avrasiya Xalqların Assambleyasına və beynəlxalq təşkilatlara müraciət qəbul edib.
Müraciətdə deyilir:
2023-ci ilin sentyabrın 19-unda 9 polis və 4 mülki şəxs ermənilərin basdırdığı minaların qurbanları olublar.
Buna cavab olaraq Azərbaycan ordusu antiterror əməliyyatına başlayıb
Azərbaycan beynəlxalq hüququ əsas tutaraq, torpaqlarımızı separatçılardan azad etmək üçün anti-terror əməliyyatları keçirir. Azərbaycan 30 ilə yaxındır ki, işğalda olan torpaqları azad etmək üçün sülh danışıqlarının tərəfdarı olub və bu danışıqlarda iştrak edib.
Hörmətli həmkarlar, yazıb sizə bildiririk ki, Azərbaycan heç bir ölkəyə torpaq iddiası irəli sürməyib və Azərbaycan ordusu tarixi torpaqlarımızı separatçılardan azad etmək üçün anti-terror əməliyyatları keçirir.