Aldımız son məlumata gorə “ Azəriqaz “ İB – nin rəhbərliyi son iki ayda iki Qarabağ qazisini əlilliyini səbəb gətirərək işindən azad etmişdir. Nəzərə alsaq ki, bu Qazilərdən biri Müstəqil Həmkarlar Birliyinin sədr müavini Əhməd Fazil oğlu Əhmədov və Adil Əhməd oğlu Suleymanov, hər ikisi Qazı əlilliklərinə baxmayaraq artiq 20 ildən artıq idi bu müəsisədə işləyirdilər və birdən birə bu səxslərin məhz əlilliklərini səbəb gətirib işdən azad olunması şübhə yarada bilməzdi.
İndi isə ən maraqlısı, hər iki Qazı ayrı- ayrı xidmətlərdə calışsalarda, hər ikisi dəfələrlə işə götürən tərəfindən işçilərin əmək hüquqlarının tapdanması barədə “ Dövlət Əmək Müfəttisi Xidmətinə “ və yerli Həmkarlar komitəsinə muraciyyətdən sonra 2015- ci ildə eyni vaxta İxtisara salınıb. Sonradan məhkəmə qərarı ilə yenidən öz iş yerlərinə qaytarılıblar.
2019- ci ildə isə Rəhmanov Əhməd yenidən “Azəriqaz“ rəhbərliyi tərəfindən əlilliyi səbəb gətirərək tutdugu vəzifədən azad olunub başqa bir işə kecirilmiş. Bu dəfədə “Azəriqaz“ rəhbərliyi Xətai rayon məhkəməsinin ( 2(11) -7286/2019 saylı iş ) qətnaməsinə görə Rəhmanov Əhməd yenidən öz vəzifəsinə və işlədiyi iş rejiminə qaytarmaq məcburiyyətində olmuşdur. Düzdir budəfə “ Azəriqaz “ 1 il məhkəmə qətnaməsini yerini yetirməkdən boyun qaçırsada 2021 ci ildə Əhməd Rəhmanov öz iş yerinə qayıtmışdır.
Süleymanov Adildə tək cəbhədə Daxili İşlər Nazirliyin əməkdaşı kimi yox eləcədə işlədiyi xidmətdə yoldaşları və rəhbərlik arasında əsl döyüşçi kimi tanınmışdır. Dəfələrlə işçılərin əmək funksiyasına aid olmayan işlərə cəlb olunmasına və iş yerlərində sadə sanitar gigiyenik qaydaların təmin edilməməsi, işçılər üçün nəinki agır və kirli işlərdən sonra nəinki çimmək, heç əl üzünü yumaq üçün şərəitin olmagı bərədə aidiyyatı orqanlara və eləcədə “Azəriqaz“ İB- nin Həmkarlar Komitəsinə məlumar vermişdir. Butün müraciətlər nəticəsiz qalmışdır. “Azəriqaz“ Həmkarlar komitəsi hər ay əmək haqqindan tutum etdiyi işçi 20 il işlədikdən sonra Əlilliyi bahanə gətirilərək işindən azad olunub.
Aşagıda gördüyünüz şəkillər isə Sizi qorxutmasın bu hansısa uzaq dag kəndində imkansız ailənin evi yox, Bakının mərkəzində cəkilib. Bütün dunyada öz saxavəti ilə səs salan ADNŞ- SOGAR –in tabeliyində olan 100 nəfərdən cox insanin işlədiyi “Azəriqaz“a məxsus bir unvandır. Onuda xatırladaq ki, Baki şəhəri 3- cu Alatava Rasim Səfərov 1 ünvanında olan bu ünvanda “ Azəriqaz”in tabeliyində olan 3 xidmət yerləşib.
Biz isə burdan üzümüzü Azərbaycan Hamkarlar İttifaqlar Kohfederasiyasının rəhbəri Səttar Mehbalıyeva tuturuq.
Cənab Mehbalıyev, nə vaxta qədər zəhmətkeşlərin sosial hüquqların müdafiəsinə biganə yanaşacaqsız?
Müstəqil Həmkaralar Birliyi olaraq hər iki Qazinin social hüquqların bərpa edilməsinə çalışacağıq.