Həmkarlar Birliyi rüblük fəaliyyət planı təsdiq etdi

Müstəqil Həmkarlar Birliyinin (MHB) İdarə Heyətinin növbəti iclası keçirilib.

İclasda MHB sədri Fuad Əliyevin avqust ayında təşkilatın fəaliyyətilə bağlı hesabatı dinlənilib.

Fuad Əliyevin sözlərinə görə, vətəndaşlardan birliyə daxil olan şikayətlərin bir neçəsi öz müsbət həllini tapıb. 

"Buna baxmayaraq müraciətlərə vaxtında, bir çox hallarda təyinatı üzrə və hərtərəfli baxılmır. Müraciətlərə başdansovdu cavablar verilir. Şikayət hansı qurumdan, hansı vəzifəli şəxsdən verilirsə, məhz araşdırlması üçün həmin quruma və vəzifəli şəxsə göndərilib. Misal üçün bu Binəqədi Bələdiyyəsinə, 3 saylı poliklinika, Sumqayıt Dövlət məşqulluq xidmətinə də aiddir. Bu hallarla bağlı ciddi araşdırmalar aparılmalıdır. Bizim əsas vəzifəmiz vətəndaşın yanında olmaq və onun hüquqların tanınmasında yardım etməkdir”.

MHB İdarə Heyətinin üzvləri Xəzər Teyyublu və Əhməd Rəhmanov regionlarda təşkilatın yeni rayon şöbələrin yaranması ilə bağlı və yaxın aylarda fəaliyyətlə bağlı təkliflər veriblər.

1.0239999294281