"Məzun evi"də yaşayanlar problemlərlə üzləşiblər- ŞİKAYƏT

Müstəqil Həmkarlar Birliyinin Mətbuat Xidmətinin məlumatına görə, “Məzun evi” kimi tanınan binada yaşayan sakinlər problemlərlə üzləşiblər.

Belə ki, Nazirlər Kabinetinin 2015-ci il 30 mart tarixli 90 nömrəli qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət, uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "Məzun evi" Sosial Müəssisəsi kimi fəaliyyət göstərir.  Burada hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlar və onların ailələri məskunlaşıblar. Onların əksəriyyətini xüsusi qayğıya ehtiyacı olan insanlar təşkil edir. 

MHB Mətbuat Xidmətinin verdiyi məlumatına görə, daxil olan şikayətdə bildirilir ki, həmin binalarda uzun müddətdir ki, liftsizlik problemi yaşanır. Belə ki, binalarda lift  quraşdırılsa da, hazırda istifadəyə tamamilə yararsızdır. Lftlərdəki nasazlıq, liftlərin işləməməsi burada yaşayan insanlar üçün ciddi narahatlıq yaradır. Vəziyyət, xüsusilə əlil arabasından istifadə edən şəxslər üçün acınacaqlıdır. Çünki fiziki məhdudiyyətləri üzündən evlərini tərk edə bilmirlər. Liftsizlik bu insanları az qala ev dustağı edib. Sosial Xidmətlər Agentliyinin Məbuat Xidmətinin verdiyi məlumata əsasən problemin həlli üçün tender elan olunmuşdur. Agentliyin bu işlə nə zaman məşğul olacağı isə hələ ki, məlum deyil.   Qeyri-rəsmi məlumtalara görə, tenderin nəticəsi sentyabrda məlum olacaq və qalib olan şirkətin hesabına vəsait köçürüləndən sonra liftlərin yenidən quraşdırılmsına başlanılacaq. Bu isə o deməkdir ki, burada yaşayan vətəndaşlar hələ ən azı 2-3 ay ərzində lift problemi ilə üz-üzə qalacaq. Daha dəqiq söyləsək, fiziki qüsurlu sakinlər, ətraf aləmdən təcrid yaşamağa məhkum edilirlər.  

Müstəqil Həmkarlar Birliyi vətəndaşların müraciətlərinə əsasən aidiyyatı qurumlarla əlaqə saxlayıb, problem öz həllini tapana qədər bu məsələni gündəmdə saxlayacağını bildirir. MHB vətəndaşları narahat edən məsələnin həlli üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər hazırlayır.

0.287917137146