“Müstəqil Həmkarlar Birliyi yaranan gündən təşkilata müəllimlərin və səhiyyə işçilərin şikayətləri daxil olur. Şikayət edənlər maaşlarıdan üzv olduqları Həmkarlar təşkilatına 2% tutulmasını istəmirlər”
Bunu Xəbər-PS-a prezidentliyə eks namizəd, Müstəqil Həmkarlar Birliyinin sədi Fuad Əliyev bildirib.
Onun sözlərinə görə, şikayət edənlərin əksəriyyəti, üzv olduqları Həmkarlar təşkilatından çıxıb Müstəqil Həmkarlar Birliyinə üzv olmaq istəyirlər:
“Ünsiyyətdə olduğumuz vətəndaşlar bildirirlər ki, illər boyu üzv olduqları Həmkarlar təşkilatı onların hüquqlarını qorumur. İşçilərlə əmək müqaviləsi belə bağlanmır. Bağlanılanların əksəriyyətində də tarix qoyulmayıb. Bu da işəgötürənə imkan verir ki, nədənsə narazılıq edən işçini, istənilən vaxt işdən çıxarsın. Vətəndaşlar başqa problemləri də qeyd edirlər. Çoxları qanunla onlara aid imtiyazlardan yararlana bilmirlər. Həmkarlardan bir həftə, on günlük istirahət etmək üçün “putevka” tələb etdikdə, “artıq yoxdur” cavabı alırlar. Birdəfəlik yardım ala bilmirlər və s. Mənim onlara bir təklifim olub. Üzv olduqları Həmkarlar təşkilatlardan çıxıb Müstəqil Həmkarlar Birliyinə üzv olsunlar”.
Fuad Əliyevin sözlərinə görə Həmkarlar təşkilatlara üzvlükdən çıxmaq üçün müraciət edənlərə rədd cavab verirlər:
“Bizə müraciət edən həkimlər, müəllimlər Həmkarlar təşkilatlardan üzvlükdən çıxmaq üçün müraciət edirlər. Həmin Həmkarlar təşkilatların rəhbərlikdən qeyri-qanuni rədd cavabı alırlar. Niyə qeyri-qanuni? Çünki üzv olmaq və üzvlükdə çıxmaq könüllüdür. İşçi Həmkarlar təşkilatın üzvlükdən istənilən an ərizə yazaraq çıxa bilər. Həmkarlar təşkilatından çıхmaq könüllü оlaraq ərizə vеrilən gündən həyata kеçirilir. Buna görə işçilərin işdən azad edilməsi yolverilməzdir. Hamıya müraciət edirəm, heç nədən çəkinməyərək, üzv olduğu Həmkarlar təşkilatından çıxmaq haqqında ərizələri verib, Müstəqil Həmkarlar Birliyinə üzv ola bilərlər. Müstəqil Həmkarlar Birliyi olaraq onların hüquqlarını qoruyacağıq”.