“Azərbaycan-Çin əməkdaşlığı strateji əhəmiyyət kəsb edir”
Bunu Xəbər-PS-a prezidentliyə eks-namizəd, Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev Prezident İlham Əliyevin “China Global Television Netüork” televiziya kanalına verdiyi müsahibəni şərh edərək bildirib.
Onun sözlərinə görə necə ki Azərbaycan Çinlə əməkdaşlığa maraqlıdır, eləcə Çin də Azərbaycanla əməkdaşlığa maraq göstərir:
“Qabaqcil texnoloqiyalara və yüksək maliyyə imkanlarına malik olan Çin şirkətləri ölkəmizə maraq göstərir. Niyə görə? Çünki Azərbaycan mühüm bir regionda yerləşən və dinamik inkişaf edən dövlətdir. Çin Azərbaycanın “Bir kəmər, bir yol” layihəsinə dəstək verib. Hesab edirəm ki, Azərbaycan-Çin əməkdaşlığı strateji əhəmiyyət kəsb edir”.
Fuad Əliyevin fikirincə, Azərbaycan Çinlə digər platformalarda təmsil olmalıdır:
“Azərbaycan Çinin təmsil olduğunu Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) üzv olmalıdır. Digər tərəfdən, Bakı, Xəzər dənizində ən böyük ticarət limanlarından biridir. Artıq Şərqdən Qərbə daşınan yüklərin böyük həcmi Azərbaycandan keçir. Çin “Şimal-Qərb” marşrutuna böyük maraq kəsb edir. Onun bu marşrutuna qoşulmağı böyük ehtimal var. Ümumiyyətlə, Azərbaycan ərazisindən nə qədər çox yük keçərsə, bizim bundan bir o qədər çox xeyirimiz olar”.