“İnformasiya müharibəsində Azərbaycan mediası çox işlər görür”
Bunu Baku News-a prezidentliyə eks-namizəd, Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev Şuşada Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışını şərh edərkən deyib.
Prezident İlham Əliyev öz çıxışında medianın rolunu xüsusilə qeyd etdiyini vurğulayıb:
“Şuşa şəhərində növbəti dəfə möhtəşəm bir tədbir keçirilib. Hesab edirəm ki, Şuşada belə tədbirlərin keçirilməsi həm siyasi, həm də informasiya baxımından çox önəmlidir.
Qələbə qazanmağımıza baxmayaraq, informasiya müharibəsi hələ də davam edir. Və bu İnformasiya müharibəsində Azərbaycan mediası çox işlər görür. Prezident İlham Əliyev Azərbaycan reallıqları haqqında məlumatları dünya ictimaiyyətinə təkcə beynəlxalq hüquq prizmasından yox, ümumi insani prizmadan üzləşdiyimiz problemləri çatdırmaq üçün birinci vasitəmiz media olduğunu qeyd edib”.
Fuad Əliyevin sözlərinə görə, İlham Əliyevin Ali Baş komandan kimi çıxışları əsgər və zabitlərə əlavə bir güc verirdi, eləcə də, demək olar ki, hər gün xarici medianın suallarını cavablandırıb, Ermənistanın işğalçılıq siyasətini dünya ictimaiyyətinə çıxarırdı.
“4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda İlham Əliyev etdiyi çıxışda bir daha vurğuladı ki, biz ayıq olmalıyıq və keçmişimizi unutmamalıyıq. Unutmamalıyıq ki, qonşularımız tərəfindən kürəyimizə bıçaq sancıldı, gözlənilmədiyi anda qonşularımız kürəyimizə bıçaq sancdı və o zaman Azərbaycanda olan xaosdan istifadə edərək ərazilərimizi işğal etdi. Biz unutmamalıyıq ki, bu gün Ermənistan cəmiyyətinin, hətta hökumətinin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır. Ona görə biz hər hansı bir ssenariyə hazır olmalıyıq. Və İnformasiya müharibəsinədə qalib gəlməliyik”.