“Prezident İlham Əliyev 11 iyulda keçirilən müşavirədəki çıxışında bir neçə məsələyə toxundu. Azərbaycanda xarici şirkətlərin yeni iş yerlərin açmalarına da toxundu. Hesab edirəm ki, çox vacib ismarıc verib: Xarici sahibkarlarla yerli sahibkar arasında heç bir fərq qoyulmamalıdır”
Bunu Baku News-a prezidentliyə eks-namizəd, Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev bildirib.
Onun sözlərinə görə, müəssisələrdə nəzarət mexanizmi daha da gücləndirilməlidir:
“Prezident açıq və aydın fikir bildirdi. Bəzi aidiyyatı qurumlar, nazirliklər, məmurlar ikilistandartlar münasibət göstərirlər. Hesab edirəm ki, məmurlar prezidentin bu çıxışdan nəticə çıxarmalıdırlar. Bəzi məmurlar həqiqətəndə öz şəxsi maraqlarını qüdərək bəzi problemlərə göz yumurlar. Hesab edirəm ki, vətəndaşların sosial rifahı pozulmamalıdır, əksinə məmurlar prezidentin tapşırıqlarını düzgün yerinə yetirməlidirlər və işçilərin sosial hüquqlarını qorumalıdırlar”.
“Baxın, Gədəbəydə vətəndaşlar problemlərlə üzləşdiyinə, onların səslərini eşitmədiyinə görə etiraz aksiyasını keçirdilər. Nazir və digər məmurlar dərhal getməliyidilər ora. Bunu etmədilər. Bunlar hesab edirlər ki, oturduğu bu kabinet, bu nazirlik öz şəxsi əmlakldır və buradan bayıra çıxmamalıdırlar. Amma vaxtında bu məsələyə operativ reaksiya versəydilər, heç o aksiyada olmaz idi və kənar şəxslərdə bundan istifadə etməzdilər”-Fuad Əliyev qeyd etdi.