Fuad Əliyevdən maraqlı təklif

Azərbaycan Müstəqil Həmkralar Birliyinin sədri Fuad Əliyev maraqlı təkliflə Azərbaycan ictimayyətinə müraciət etdi. Müraciəti təqdim edirik:

Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhərin bu keçən il 270 illiyini qeyd edirik. Dövlət başçısı İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan olunması haqqında Sərəncamında qeyd olunduğu kimi Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Şuşa şəhəri təkcə Azərbaycanın yox, bütün türk dünyasının Mədəniyyət paytaxtıdır.

Hesab edirəm ki, tarixə əsaslanıb şəhər və rayon mərkəzlərinin yaranma günlərinn keçirilməsi çox vacib bir məsələdir. Belə tədbirlərlə bütün dünyaya göstərəcəyik ki, biz Cənubi Qafqazda qədim xalqıq, gəlmə deyilik.

Keçmişdə belə günlərin qeyd olunması təşəbbüsləri olub və təssüflər olsun ki, müzakirələrlə kifayətlənib. Müzakirələr zamanı bir neçə müxtəlif təkliflər irəli sürülüb. Amma dünya praktikası var. Dünya praktikasında şəhərin əsasını qoyulan tarix əsas götürülür. Misal üçün, İtalya paytaxtı olan Roma şəhərin e.ə. 753 il, Fransa paytaxtı Paris şəhəri e.ə. III əsr, Rusiya paytaxtı Moskva şəhəri 1147-ci il əsas götürülüb. Belə misalları çox çəkmək olar.

Fikrimcə, biz də Azərbaycanın paytaxtı Bakı və digər şəhərlərin tarixdə əsası qoyulan ilə, əsrə istinadən qeyd edə bilərik. Misal üçün, tarixçilərə istinadən, Bakının Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan, Binəqədi, Əmircan və s. yerlərdə e.ə. 3–1 minilliklərə aid arxeoloji abidələrin tapılmasına baxmayaraq, Bakı şəhərin əsası I əsirdə qoyulmuşdur. Ağdaş şəhərin XVI əsirdə, Gəncə şəhəri VII əsirdə, Quba şəhəri XV əsirdə, Naxçivan e.a. 1500 il, Şamaxı II əsir, Sumqayıt 1580 il, Şabran şəhəri 1578 il tarixdə ilk dəfə qeyd olunub.

Hansı gün qeyd olunsun? Yenə də digər ölkələrin təcrübəsinə istinad etmək olar. Əsasən şəhərin ən əlamətdar günü əsas götürülür.

Azərbaycanın paytaxtı olan Bakıya gəlincə, təklif edərdim ki, 21 may “Bakı günü”-"Bakılılar günü" kimi qeyd olunsun. Bu tarixdə, 21 may 1843-cü ildə, Bakı şəhərin ilk rəsmi gerbi təsdiq olunmuşdur.

Şəhər və rayon mərkəzlərin yaranma günlərin keçirilməsi təklifini irəli sürərək Azərbaycan ictimayyətini müzakirələrə dəvət edirəm.

0.1776168346405