Ölümlə hədələnməsilə bağlı DİN müraciət olunacaq

Müstəqil Həmkarlar Birliyinin sədr müavini Xəzər Teyyublunun ölümlə hədələnməsilə bağlı Mətbuat Xidmətinin Bəyanatı yayılıb. Bəyanatda deyilir:
 
Vətəndaş Mirzəyeva Mehriban tərəfindən Müstəqil Həmkarlar Birliyinə müraciət daxil olub. Müraciətdə vətəndaş Mehriban Mirzəyeva bildirib ki, ona məxsus olan Binəqədi rayonuda yerləşən 5 sot torpaq sahəsi qonşu tərəfindən zəbt olunub. Vətəndaş Mehriban Mirzəyevanın müraciətini araşdırmaq üçün Binəqədi bələdiyyəsinin memarı, onun özü və Müstəqil Həmkarlar Birliyinin sədr müavini Xəzər Teyyublu ərazidə olublar. Mehriban Mirzəyevaya məxsus olan torpaq sahəsini  baxış keçirmək üçün torpağı zəbt edən qonşu Əli Ramin oğlu Musayevə  zənq edərək qapını açması xahiş olunub. Vətəndaş Əli Musayev MHB sədrinin müavini Xəzər Teyyubluya söyüş və hədə-qorxu gələrək qapını aşmasından imtina edib. Daha sonra, axşam saatlarında Etibar Cəmalov vətəndaş Mehriban Mirzəyevaya zənq vuraraq torpaq sahəsini zəbt edən Əli Musayevi narahat etməməsini bildirərək, nəlayiq ifadələr işlədərək, hədə-qorxu gələrək, “ora bir kişi gəlsə onun meyiti orda qalacaq” ölümlə hədələyib. 
 
Müstəqil Həmkarlar Birliyinin Mətbuat Xidməti bildirir ki, Əli Musayev və Etibar Cəmalovla bağlı Azərbaycan Respublikası Daxili İşlər naziri Vilayət Eyvazova müraciət olunacaq.
0.26932597160339