Azərbaycan ordusu tarixi torpaqlarımızı işğaldan azad edəcək-Müraciət

Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı əməkdaşlıq etdiyi Türkiyə Liberal Demokrat Partiyası (TLDP), Pakistan Xalq Partiyası (PXP), Ukrayna Liberal Demokrat Partiyası (ULDP), Belorusiya Liberal Demokrat Partiyası (BLDP), Böyük Britaniya Liberal Demokrat Partiyası (BBLDP), Avstriya Liberal Demokrat Partiyası (ALDP) və Belçika Xalq Cəbhəsi Partiyasına (BXCP) müraciət edib.

Müraciətdə deyilir:

2020-ci ilin sentyabrın 27-i Ermənistan silahlı qüvvələri atəşkəsi pozaraq Azərbaycan ərazisində geniş miqyaslı hərbi əməliyyatlara başlamışdı. Bunun nəticəsində hərbi qulluqçular və əhali arasında həlak olan və yaralananlar vardır.

Ermənistanın bu hərəkəti bütün beynəlxalq hüquq normaları və qəbul olunan konvensiyalara ziddir. Bu hərbi təcavüzə Ermənistanın hərbi-xunta rəhbərliyi bu ilin əvvəlindən hazırlaşırdı.

Baxmayaraq ki, beynəlxalq hüququ əsas tutaraq, biz işğalda olan torpaqlarımızı separatçılardan azad etmək üçün anti-terror əməliyatları keçirə bilərdik. Azərbaycan 30 ilə yaxındır ki, işğalda olan torpaqları azad etmək üçün sülh danışıqlarının tərəfdarı olub və bu danışıqlarda iştrak edib.

İndi bütün dünya Ermənistanın növbəti təcavüzə cəhd etməsibin şahidi olub!

Hörmətli həmkarlar, yazıb sizə bildiririk ki, Azərbaycan ordusu Ermənistanın yeni işğal niyyətinin qarşısını almaq üçün əks-hücuma keçib. Azərbaycan heç bir ölkəyə torpaq iddiası irəli sürməyib və Azərbaycan ordusu tarixi torpaqlarımızı işğaldan azad etmək üçün əks-hücuma keçərək hərbi əməliyyatları keçirir.

0.14414405822754