Bir neçə gün bundan qabağ, AY partiyanın sədri Anar Əsədlinin barəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işinin başlanması və həbs qətimkan xəbərləri mətbuatda yer aldı. Yeni yaranmış Müstəqil Həmkarlar birliyinin sədri Fuad Əliyevə bu məsələ ilə bağlı müraciət etdik. O, keçmiş həmkarınn hüquqlarını müdafiə edəcəkmi?
Fuad Əliyev öz növbəsində bildirib ki, bütün vətəndaşların problemlərin müdafiə etməyə hazırdır:
“İstənilən vətəndaşın, o cümlədə, siyasətçilərin sosial problemlərin həllində yardımçı olmağa hazırıq. Artıq bir neçə gündür ki, bizim Qaynar xətt “24\7” işləməyə başlayıb. Bura vətəndaşlar və o, cümlədə müxtəlif ideologiyalı partiya üzvləri müraciət edirlər. Bizə aid, sosial problemlərdisə, müraciətləri qeydiyyat aparıb, araşdırmaq üçün müvafiq şöbəyə yönəldirik”.
Müstəqil Həmkarlar Birliyinin sədrin sözlərinə qörə Anar Əsədlinin iki aylıq həbsi, nə sosial, nə də ki, siyasi məsələyə aiddır:
“Mətbuatdan əldə etdiyim məlumata görə, dörd şəxsin şikayəti əsasında Anar Əsədli dələduzluq maddəsi ilə saxlanılıb. Şikayətçilərin biri, Oqtay Qasımovun sözlərinə görə, məsələni bu yerə çatdırılmasını istəməyiblər. Amma görəndə ki, müxtəlif səbəblərlə pulun qaytarılması uzanır, hüquq-mühafizə organlara müraciət etməyə məcbur oldular. Mən Oqtay Qasımovla tam razıyam ki, bu və buna oxşar məsələləri siyasiləşdirmək olmaz. Bu Anar Əsədlinin siyasi fəaliyyətilə əlaqədar deyil. Siyasətdən kənar hansısa biznes qurmaq istəyib və buna görə də dost-tanışa müraciət edib. Oqtay Qasımovun sözlərindən belə aydın olur ki, Anar Əsədli aldığı pulları biznesə buraxmayıb. İndi istintaq gedir, yəqin ki Anar Əsədli məsələyə aydınlıq gətirəcək. Amma bir də qeyd edirəm ki, belə məsələləri siyasiləşdirmək lazım deyil. Əksinə bunu edənlər, həmin adamlara böyük zərbə vururlar”.