Ukrayna Ermənistanı və Azərbaycanı sülh danışıqlarına qayıtmağa çağırır

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Ermənistanı və Azərbaycanı Dağlıq Qarabağdakı münaqişənin kəskinləşməsi fonunda sülh danışıqlarına qayıtmağa çağırır.

Bu barədə Ukrayna XİN-in “Twitter” hesabında qeyd edilir.

“Ukrayna XİN Ermənistanla Azərbaycan arasındakı münaqişənin kəskinləşməsindən çox narahatdır.

Gərginləşməyə səbəb olan vəziyyəti diqqətlə öyrənirik. Tərəfləri məsələnin sülh yolu ilə həlli üçün dialoqa qayıtmağa çağırırıq”.

0.36781001091003