Fuad Əliyev şikayətçiləri qəbul edib

Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev bir qrup şikayətçini qəbul edib.

Fuad Əliyev onların müxtəlif  instansiyalara ünvanladıqları şikayət ərizələri ilə tanış olub. Şikayət ərizələri araşdırılarkən, əlillik  qruplarının verilməməsi və bununla yanaşı bir sıra şikayət ərizələrində haqlı narazılıqların əksini tapdığı müəyyən edilib.

Belə ki, Birinci Qarabağ müharibəsi veteranı, döyüşlərdə sağlamlığını itirən Sabir Ziyadov əlillik dərəcəsi ala bilmir. Bədənində 5 qəlpə yarası olaraq, ona əlillik qrupunun verilməsindən imtina edilib. Səbəb isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Mərkəzi tərəfindən əlil hesab edilməməsidir.

Sabir Ziyadov deyir ki, əlil kimi tanınmaması bir yana, heç imtina qərarı da ona verilmir. Ona görə də Sabir neçə illərdir, həm qərarı almaq, həm də adıçəkilən dövlət orqanını ona əlillik dərəcəsi təyin etmək üçün Müstəqil Həmkarlar Birliyinə müraciət etməyə qərar verib.

Fuad Əliyev öz növbəsində Sabir Ziyadova və digər vətəndaşların şikayət ərizələrinə düzgün baxılmasına və əlaqələr orqanlarına müraciət edəcəyini bildirib.

 

0.17945599555969