Azərbaycanda tanınmış siyasətçilərin təşəbbüsü ilə “Müstəqil Həmkarlar” İctimai Birliyi təsis edilir. Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, təşkilatın ilk təsis konfransı aprelin 7-də keçiriləcək.
Yeni yaradılmış bu ictimai təşkilatın məqsədi müxtəlif problemlərin həllində vətəndaşlara ictimai dəstək göstərməkdir. Birlik yeni yaradılsa da, artıq müvəffəqiyyətlər əldə edib. Məqsəd əsasən sosial hüquqları pozulmuş vətəndaşların yanında yer almaq, onların problemlərinin hüquqi müstəvidə həllinə nail olmaqdır.