Ehtiyacı olanlara hədiyyə edilən oyuncaqları satışa çıxardılar

Rusiyanın Çelyabinsk vilayətində monastıra hədiyyə edilən oyuncaqlar satışa çıxarılıb.

İz.ru xəbər verir ki, yerli sakin bir ay əvvəl on iki yaşlı qızının oyuncaqlarını ehtiyacı olan uşaqlara verilməsi üçün monastıra bağışlayıb.

Kukla kolleksiyası yığan qadın elan saytına daxil olduqda ora yerləşdirilən 13 kuklanın 9-nun monastıra bağışladığı kuklalar olduğunu görüb.

Satıcı bu kuklaların ona satılmaq uçun verildiyini, başqa heç nə bilmədiyini deyib. Sonradan elan ləğv edilib, monastırda araşdırma başlanıb.

0.29388689994812