Selfi çəkmək üçün şirlər olan qəfəsə girdi - VİDEO

Vəhşi heyvanlarla şəkil çəkdirmək istəyən içkili şəxs şirlərin qəfəsinə girib.

RBK bununla bağlı kadrları təqdim edib.

Məlumata görə, hadisə Rusiyanın Soçi şəhərində qeydə alınıb.

Bioparkın əməkdaşı kişini görən kimi mühafizəçilərə xəbər verib. Kadrlarda polis əməkdaşının kişiyə yaxınlaşdığı, onun isə selfi çəkdiyi görünür. Hüquq mühafizəçilər içkili şəxsi çıxarmaq üçün güc tətbiq etmək məcburiyyətində qalıblar.

0.35833096504211