Fevralın 6-da Türkiyədə baş verən güclü zəlzələdən zərər çəkənlərə yardım toplamaq üçün Şabran rayonunda da kampaniya başlayıb.
Avrasiya.net xəbər verir ki, rayon sakinləri 8 fevral saat 10.00-dan Şabran şəhər Mədəniyyət Mərkəzinə gələrək Türkiyədə zəlzələdən zərər çəkən soydaşlarımıza öz yardımlarını gətirirlər.
Yardımlar əsasən, zərərçəkənlərin ehtiyacları olan qış paltarları, gödəkçə, şalvar, əlcək, corab, çadır, yataq, yorğan, döşək, generator və təmizlik alətləri və s.-dən ibarətdir.
Bununla bağlı Şabran Rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri üzrə nümayəndəliyi tərəfindən sosial şəbəkə vasitəsilə rayon əhalisinə çağırış edilib.
Ətraflı məlumat üçün 070314 68 34 nömrəsi ilə əlaqə saxlaya bilərlər.