Abşeron rayonunda intihar hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.
“AAAF Park” yaşayış komleksində yaşayan 1990-cı il təvəllüdlü Fətullayeva Azadə İbadət qızı özünu yaşadığı binanın 5-ci mərtəbəsindən atıb.
Nəticədə A.Fətullayeva hadisə yerində ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.