Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.
APA-nın məlumatına görə, şəhər ərazisində baş verən hadisə zamanı 1990-cı il təvəllüdlü Nurullayev Samir Fətulla oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilərək cərrahi əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.