“Sabah” “Zirə”yə, “Neftçi” “Qarabağ”a səfərdə qalib gəldi - VİDEO

Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

Xeber-ps.com xəbər verir ki, turun ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

Zirə Olimpiya İdman Kompleksində eyniadlı komanda “Sabah”ı qəbuledib.

Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun mərkəzi oyunu Suraxanıda təşkil olunub.

Avrokuboklardan məğlubiyyətlə dönən iki komandanın - “Qarabağ”la “Neftçi”nin duelində ikincilər qalib gəlib – 2:1.

Qeyd edək ki, turun ilk iki oyunu dünən keçirilib. “Qəbələ” – “Keşlə” matçında qolsuz bərabərlik qeydə alınıb, “Sumqayıt” isə öz meydanında “Səbail”i 2:1 hesabı ilə məğlub edib.

Azərbaycan Premyer Liqası

III tur

20 sentyabr (bazar)

“Zirə” – “Sabah” - 0:2

Qollar: Xulio Sezar Rodriges, 51, Kevin Kubemba, 90+2

“Qarabağ” – “Neftçi” - 1:2

Qollar: Kvabena Ovusu, 10 - Voyislav Stankoviç, 12, Namiq Ələsgərov, 68

 

0.28987407684326