Özbəkistanın Baş nazirinin müavini koronavirusdan vəfat edib

Özbəkistan Baş nazirinin müavini Uktam Barnoyev koronavirusdan vəfat edib.

Bu barədə “RİA Novosti” məlumat yayıb. 

56 yaşlı U.Barnoyevin iyul ayında yeni növ koronavirusa (COVİD-19) yoluxması aşkarlanmışdı. Onun Daşkənddə, daha sonra isə Almaniyada müalicə aldığı bildirilirdi.

0.3777289390564