Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yenil il - 2023-ci il münasibətilə həmvətənləri təbrik edib. Təbrikdə deyilir:
Əziz həmvətənlər!
Sizi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yenil il - 2023-ci il münasibətilə təbrik edir, bütün ailələrə sevinc, xoşbəxtlik, səadət, xalqımıza əmin-amanlıq, firavanlıq diləyirəm!
Arzu edirəm ki, yeni ildə bütün Azərbaycan xalqının ən ülvi, ən səmimi, ən müqəddəs arzuları həqiqətə çevrilsin.
Bayramınız mübarək olsun!