Bakı-Salyan şossesində KİA ilə “Lada” toqquşdu, sürücülər yaralandı - FOTO

Bakının Səbail rayonunda iki avtomobil toqquşub.

APA xəbər verir ki, hadisə Bakı-Salyan şossesinin üçüncü kilometrliyində qeydə alınıb.

KİA markalı avtomobil hərəkətdə olan zaman “Lada Priora” markalı nəqliyyat vasitəsi qəfil onun qarşısına çıxıb.

Qəza nəticəsində hər iki avtomobilin sürücüləri müxtəlif bədən xəsarətləri alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəld edilib.

0.37523889541626